Arxiv
Faydalı linklər
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası
"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal
AMEA - Azərbaycan Milli Elmlər Akademiyası
AMEA İqtisadiyyat İnstitutu
Azərbaycan Dövlət İqtisad Universiteti
Azərbaycan Milli Kitabxanası
Azərbaycan kommersiya bankları haqqında informasiya portalı
İqtisadiyyat qəzeti
Lüğət
(ingilscə - Gas Export Department - Qaz İxrac İdarəsi) Əməliyyat Şirkətləri, “Şahdəniz”, AÇG SOCAR-a məxsus yataqlardan hasil olunan qazın qəbulu, Azərbaycan Respublikası ərazisində magistral kəmərləri vasitəsi ilə qazın nəqli, daxili və xarici bazarlara şatışının təmin edilməsi, bağlanmış müqavilələrin yerinə yetirilməsi, dünyanın yanacaq-energetika bazarında Azərbaycanın rolunun artırılması, qaz idxal edən dövlətlərə etibarlı və sabit şəkildə qazın təchiz olunması, ixrac marşrutlarının diversifikasiyası və qaz tədarükünün coğrafiyasının genişləndirilməsini həyata keçirən SOCAR-ın təsisatı. AÇG-dən hasil olunan səmt qazı və “Şahdəniz” yatağından qəbul olunan qaz həcmləri Səngəçal Baş Qurğuları qaz sahəsində qəbul olunaraq, dövlətlərarası qaz ölçmə stansiyalarında ixrac olunan ölkələrin nəql sisteminə ötürülür. Hal-hazırda ölkədən kənara üç məntəqədən - “Qərb qaz sahəsi”ndən Gürcüstana, “Şimal qaz sahəsi”ndən Rusiya Federasiyasına və swap məqsədi ilə “Cənub qaz sahəsi”ndən İran İslam Respublikasına qaz ixracını, eyni zamanda Naxçıvan Muxtar Respublikasının təbii qazla təchiz olunması məqsədi ilə İran İslam Respublikasından “Culfa qaz sahəsi” vasitəsilə qaz idxalını həyata keçirir. SOCAR-ın qaznəqli sistemi hazırda ümumi uzunluğu 35 min km olan boru xətlərindən ibarətdir.