Arxiv
Faydalı linklər
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası
"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal
AMEA - Azərbaycan Milli Elmlər Akademiyası
AMEA İqtisadiyyat İnstitutu
Azərbaycan Dövlət İqtisad Universiteti
Azərbaycan Milli Kitabxanası
Azərbaycan kommersiya bankları haqqında informasiya portalı
İqtisadiyyat qəzeti
Lüğət
(yunanca - Διώρυγα Κορίνθου - ingiliscə - Corinthian Canal - Korinf kanalı) Yunanıstan dövləti ərazisində Egey dənizində Saronikos körfəzi ilə İon dənizində Kornif körfəzini birləşdirən şlüzsüz beynəlxalaq gəmi keçidi kanalı. Kornif şəhərinin şərəfinə adlandırılmış bu kanal Peloponnes yarmadası ilə Yunanıstanın mərkəzi hissəsi arasında qazılmış, onun inşası 1881-1893-cü illərdə aparılmış və 1893-cü ildə istismara verilmişdir. Uzunluğu 6,4 km, eni 24,6 metr, dərinliyi 21 metrdir. Kanalın qazılmış divarları təbii əhəng mənşəlidir və hündürlüyü 76 metrdir. Onun istismara verilməsi 400 km-ə qədər məsafənin qısaldımasına imkan yaratmışdır. Buradan il ərzində 11 min gəmi keçir. Üzərində 7 avtomobil və bir dəmir yolu körpüsü inşa olunmuşdur. Kanalın hüquqi rejimi Yunanıstan və onun bir sıra digər dövlətlərlə imzaladığı beynəlxalq müqavilələr əsasında həyata keçirilir. Hazırda kanal yeni böyük qabaritli gəmilərin keçidinə imkan vermədiyi üçün özünün əzəli iqtisadi əhəmiyyətini itirmişdir. Müasir dövrdə kanal daha çox turist qayıq və gəmilərinə, xüsusən də kruiz laynerlərinə xidmət göstərir. İri həcmli gəmilər təhlükəsizlik baxımından yedəkçi gəmilər vasitəsi ilə kanaldan keçirilir.