Arxiv
Faydalı linklər
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası
"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal
AMEA - Azərbaycan Milli Elmlər Akademiyası
AMEA İqtisadiyyat İnstitutu
Azərbaycan Dövlət İqtisad Universiteti
Azərbaycan Milli Kitabxanası
Azərbaycan kommersiya bankları haqqında informasiya portalı
İqtisadiyyat qəzeti
Lüğət
(ingiliscə - carbamide - karbamid) kimyəvi formulu - CO(NH2)2 olan kimyəvi birləşmə, karbon turşusunun diamidi. Polyar həledicilərdə (su, etanol, maye ammiak) həll olunan ağ (rəngsiz) və iysiz kristal. İlk dəfə sidikdə aşkarlandığından sidik cövhəri də adlanır. Üzvi kimya tarixində sidik cövhərinə xüsusi əhəmiyyəti 1828-ci ildə alman kimyaçısı Fridrix Völer (1880-1882) tərəfindən onun qeyri-üzvi maddələrin sintezindən alınması ilə vermişdir. Karbamid özü 1773-cü ildə fransız kimyaçısı İler Maren Ruell (1718-1779) tərəfindən kəşf olunmuşdur. O, azotla ən çox zəngin gübrə kimi iqtisadi əhəmiyyət daşıyaraq kənd təsərrüfatında geniş istifadə edilir. Sənayedə karbamid karbonoksidin yüksək təzyiq (p 200 atm) və temperatur (130-140ºC) şəraitində ammonyakla reaksiyasından alınır. Karbamid əsasında dərman maddələri, karbamid qətranları, plastik kütlələr, sürtkü yağlarının keyfiyyətini yaxşılaşdıran aşqarlar, bəzi boya maddələri istehsal olunur. Karbamid istehsal edən ilk sənaye qurğuları XX əsrin əvvələrində Almaniyada, Fransada və ABŞ-da yaradılmışdır. Hər il dünyada təxminən 100 milyon ton karbamid istehsal edilir.