gototop gototop
Azərbaycanca Русский English
Arxiv
Faydalı linklər

http://www.preslib.az/

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası


http://www.vergijurnali.az/

"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal


http://www.science.gov.az/

AMEA - Azərbaycan Milli Elmlər Akademiyası


http://www.elm.az/az/economy/

AMEA İqtisadiyyat İnstitutu


http://www.aseu.az/

Azərbaycan Dövlət İqtisad Universiteti


http://www.anl.az/

Azərbaycan Milli Kitabxanası


http://banker.az/az/

Azərbaycan kommersiya bankları haqqında informasiya portalı


http://iqtisadiyyat.com/

İqtisadiyyat qəzeti


Lüğət

İNDUSTRİAL İNQİLABLAR

(ingiliscə - Industrial Revolutions - sənaye inqilabları) XVIII-XIX əsrlərdə əl əməyindən maşınlı, manufakturadan fabrik istehsalına keçidlə bağlı dünyanın aparıcı dövlətlərində müşahidə olunan böyük sənəye inqilabından başlanğıc alan inqilablar silsiləsi. Birinsi industrial inqilab cəmiyyətin aqrar iqtisadiyyatdan sənaye istehsalına keçidini təmin etmişdir. Bu inqilab sudan və buxar dartısından istifadə edərək əməyin mexanikləşdirilməsini, daxilyanma mühərrikinin kəşfi ilə isə maşın istehsalını və karbaohidrogen hasilatının sənayeləşməsini bərqərar edərək industriallaşmaya təkan vermişdir. İnkinci industrial inqlab isə kütləvi istehsalın miqyasının artması və inkişafının genişləndirilməsi üçün elektrikdən istifadə edilməsi ilə başlanmışdır. Üçüncü inqilab istehsalın avtomatlaşdırılması üçün elektronika və informasiya texnologiyalarından istifadəni təmin etmiş və hazırda da bu proseslər davam etməkdədir. Dördücü industrial inqilab rəqəmsal inqilab olaraq XX əsrin ortalarında üçüncünün əsasında təşəkkül tapmışdır. Onun xarakterik cəhətini maddi, rəqəmsal və bioloji dünyalar araslında ilkin sərhədlərin yuyulması əsasında texnologiyaların birləşməsi təşkil edir. Dördüncü industrial inqilab (ingiliscə - The Fourth Industrial Revolution - Dördüncü İndustrial İnqilab) insan tələblərinin məişətdə, əməkdə və asudə həyatda da daxil olmaqla xidmətində dayanaraq kiberfiziki sistemlərin istehsala kütləvi tətbiqi ilə bağlı proqnozlaşdırılan hadisələri əhatə edir. Dördüncü industrial inqilab daha açıq aspektdə istehsalın ultraavtomatlaşdırılması, robot texnikası və süni intellektin biznesdə, hökümətin işində və şəxsi həyatda geniş tətbiqi və həmçinin zaman və məsafədən asılı olmayaraq insanlar və maşınlar arasında mütləq əlaqələr deməkdir. Bu yeni industrial inqilabı çox zaman “Sənaye - 4.0” adlandırırlar.