gototop gototop
Azərbaycanca Русский English
Arxiv
Faydalı linklər

http://www.preslib.az/

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası


http://www.vergijurnali.az/

"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal


http://www.science.gov.az/

AMEA - Azərbaycan Milli Elmlər Akademiyası


http://www.elm.az/az/economy/

AMEA İqtisadiyyat İnstitutu


http://www.aseu.az/

Azərbaycan Dövlət İqtisad Universiteti


http://www.anl.az/

Azərbaycan Milli Kitabxanası


http://banker.az/az/

Azərbaycan kommersiya bankları haqqında informasiya portalı


http://iqtisadiyyat.com/

İqtisadiyyat qəzeti


Lüğət

ETANOL

 (latınca - aethanolum - ingilscə - ethanol - etanol) doymuş bir atomlu spirtlərə aid, kimyəvi formulu C2H5OH olub, normal şəraitdə rəngsiz, uçucu, tezalışan, xüsusu qoxusu və dadı ilə fərqlənən maye halında üzvi birləşmə. İki əsas alınma üsulu vardır - mikrobioloji (qıcqırtma) və sintetik (etilenin hidrasiyası). Etanol depresseantdır - insanın mərkəzi sinir sisteminə təsir edən və güclü asılıq yaradan psixoaktiv maddədir. Etanol sənayedə, tibbdə, əzcaçılıqda və məişətdə geniş tətbiqini tapmışdır. Dezinfeksiyaedən əla vasitədir. Enerji gücü 7,1 kkal/q olan etonol müxtəlif alkoqollu içkilərin əsas komponentini təşkil edir. Ondan yanacaq və həm də həlledici kimi istifadə olunur. Yanacaq etanolu digər üsullarla (plastmas tullantılarından, sintezləşdirilmiş qazlardan və s.) alınaraq bioetanol və etanol növlərə bölünür. Xammal kimi bir sıra kimyəvi maddələrin istehsalında, məişət kimyasında, təbabətdə həlledici, ekstaqent, antiseptik olaraq, parfyumera və kosmetikada ətir, odekolon, aerozolların, diş pastaları, şampun və digər bu kimi vasitələrin hazırlanmasında istifadə olunur. Bioloji preparatların təsbit olunmasında və konservləşdirilməsində geniş tətbiqini tapır. Etonolun ənənəvi adı etil spirtidir, bundan başqa, onu alkoqol və şərab spirti, texniki spirt kimi də adlandırırlar. Onun çeşidli marka və növlərinə daxildir: saf etil spirti (99,9%), tibbi spirt (96,4-97,0%), rektifikat spirti (95,57%), adi texniki spirt (bir qayda olaraq - 92,0%) və s.