gototop gototop
Azərbaycanca Русский English
Arxiv
Faydalı linklər

http://www.preslib.az/

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası


http://www.vergijurnali.az/

"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal


http://www.science.gov.az/

AMEA - Azərbaycan Milli Elmlər Akademiyası


http://www.elm.az/az/economy/

AMEA İqtisadiyyat İnstitutu


http://www.aseu.az/

Azərbaycan Dövlət İqtisad Universiteti


http://www.anl.az/

Azərbaycan Milli Kitabxanası


http://banker.az/az/

Azərbaycan kommersiya bankları haqqında informasiya portalı


http://iqtisadiyyat.com/

İqtisadiyyat qəzeti


Lüğət

DİZEL YANACAĞI

(ingilscə - diesel fuel - dizel yanacağı) parafinli, naften və aromatik karbohidrogenlərin qarışığı olan maye yanacaq. Qaynama temperaturu 180-3800 Selsi. Dizel yanacağının əsas göstəricisi setan ədədidir (L-45). Bir qayda olaraq “dizel yanacağı” istilahı altında neftin birbaşa distilasiyasından hazırlanan kerosin-qazoyil fraksiyalarından əldə olunan yanacaq anlaşılır. Buradan da eyni mahiyyət təşkil edən “dizel yanacağı” ilə “qazoyl” anlayılşlarını fərqləndirirlər. Belə ki, qazoyl dizel yanacağının əsas koponentlərindən biri olaraq çıxış edir. Dizel yanacağı dizel təyinatlı daxiliyanma mühərrikində istifadə olunur. Onun əsas istehlak sferasına dəmiryolu, avtomobil və su nəqliyyatı, hərbi və kənd təsərrüfatı texnikası, dizel elektrogeneratorları aid edilir. Dizel yanacağından və qalıqlarından (solyar yağı) həmçinin neft-kimya sənayesində ilkin xammal kimi, dərinin nəmləndirilməsində, istilik-qazan yanacağı və metalların mexaniki və termik emalı zamanı yağlayıcı-soyuducu və susuzlaşdırıcı maye qismində də istifadə olunur. Dizel yanacağından geniş istifadəyə başlandığı dövrlərdə onun təchizatı ilə amerikanın “SOLAR” şirkəti məşğul olmuşdur. Şirkətin bu məhsulla bağlı qablaşdırıldığı çəlləkdə günəşin günəbaxan təsvirli şəkli və “SOLAR” yazısı əksini tapmışdır. Bu həm də ondan irəli gəlmişdir ki, XIX əsrin ortalarında neftin emalından alınan ən ağır fraksiya sarımtıl rəngə olmuşdur. Buradan da dizel yanacağı məhfumunun sinoniumu kimi “Solyarka” sözü dövriyyəyə girmişdir. Daha çox danışıq nitiqində istifadə edilən bu sözə texniki ədəbiyyatlarda və luğətlərdə çətin rast gəlinir. “Solyarka” alman dilində Solaröl - günəş yağı mənasını verir. Keçmiş SSRİ dövlətində müvafiq tipli - ortadövriyyəli (600-1000 dövr/dəq) dizel mühərriklərində (yavaş hərəkətli nəqliyyat vasitələrində - dizel lokomotivi, gəmi, traktor və s.) yanacaq kimi istifadə üçün nəzərdə tutulan “Solyarka yağı” (rusca - cоляровое масло) adlı (standart - ГОСТ 1666-42 и ГОСТ 1666-51) məhsul buraxılırdı. Hazırda da “solyarka yağı” neft məhsulları bazarında satışda mövcuddur. Bununla belə, “dizel yanacağı” və “solyarka” eyni anlama gəlsə də texniki xüsisiyyətlərinə görə müəyyən fərqliliklərə də malikdirlər. Belə ki, solyarka neftin emalının qələvi təmizləmədən sonrakı məhsuludur və dizel yanacağıından fərqli olaraq onun qatılığı çox - 5-9 mm²/s, qaynama tempraturu isə yuxarı - təxminən 240-4000 Selsidir. Bax QAZOYL.