gototop gototop
Azərbaycanca Русский English
Arxiv
Faydalı linklər

http://www.preslib.az/

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası


http://www.vergijurnali.az/

"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal


http://www.science.gov.az/

AMEA - Azərbaycan Milli Elmlər Akademiyası


http://www.elm.az/az/economy/

AMEA İqtisadiyyat İnstitutu


http://www.aseu.az/

Azərbaycan Dövlət İqtisad Universiteti


http://www.anl.az/

Azərbaycan Milli Kitabxanası


http://banker.az/az/

Azərbaycan kommersiya bankları haqqında informasiya portalı


http://iqtisadiyyat.com/

İqtisadiyyat qəzeti


Lüğət

COĞRAFİYA

(yunanca - γεωγραφία - yerin təsviri, ingiliscə - geography - coğrafiya) coğrafi qişanın strukturunu, fəaliyyət və təkamülünü, məkanda onun təbii və təbii-ictimai geosistem və komponentlərin ayrı-ayrı hissələrinin qarşılıqlı əlaqəliyini və bölgüsünü öyrənən təbiət və ictimai elmlər kompleksidir. Coğrafi tədqiqatlar cəmiyyətin ərazi təşkilinin, əhalinin və onun fəaliyyətinin müxtəlif növlərinin yerləşməsi, təbii ehtiyatlardan səmərəli istifadə edilməsi, insanın yaşayış mühitinin saxlanılması, dayanıqlı inkişaf üçün ekoloji təhlükəsizlik əsaslarının yaradılması və habelə coğrafi proqnozların verilməsinin elmi əsaslandırılması məqsədi ilə aparılır. Coğrafiyanın tədqiqinin vacib predmeti olaraq insanla təbiətinin qarşılıqlı təsir prosesləri, coğrafi mühit komponentlərinin qanunauyğun yerləşməsi, qarşılıqlı əlaqəliliyi və onların lokal, regional, milli (dövlət) qitə, okean və qlobal səviyyələrdə uzlaşması çıxış edir. Coğrafiya qədim tarixə malikdir və o, ilk əvvəl Yer haqqında ensiklopedik elm olmuşdur. Sonradan iki əsas qola - fiziki coğrafiya və iqtisadi coğrafiyaya ayrılmışdır. Hazırda təbii (fiziki-coğrafi) və ictimai (sosial-iqtisadi) coğrafi elmləri fərqləndirirlər. Coğrafiya elmləri sisteminə, həmçinin əsas məqsədi təbiət obyektlərinin, hadisələrinin və cəmiyyətin məkanca yerləşməsini, uyğunlaşmasını, qarşılıqlı əlaqəsini, dəyişməsini əks və tədqiq edən texniki elm - kartoqrafiya da daxil edilir. Coğrafiya ilə bağlı biliklərin öyrənilməsinin inkişaf mərhələləri qədim dünya, orta əsrlər, böyük coğrafi kəşflər və müasir coğrafi tədqiqatlar olaraq 4 əsas dövrü əhatə edir.