Arxiv
Faydalı linklər
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası
"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal
AMEA - Azərbaycan Milli Elmlər Akademiyası
AMEA İqtisadiyyat İnstitutu
Azərbaycan Dövlət İqtisad Universiteti
Azərbaycan Milli Kitabxanası
Azərbaycan kommersiya bankları haqqında informasiya portalı
İqtisadiyyat qəzeti
Lüğət
(çin dilində - 絲綢之路 - sīchóuzhīlù - Böyük İpək yolu) qədim və orta əsrlərdə Şərqi Asiya ilə Aralıq dənizi hövzəsini birləşdirən karvan yoludur. B.e.ə. II əsrdə açılaraq Şərqi Asiyadan, xüsusən də, Çindən Aralıq dənizi ölkələrinə istiqamətlənərək çarpaz şəkildə Avropa və Asiya qitələrindən keçən marşrutlar şəbəkəsini əks etdirən yol kimi xarakterizə edilir. Adını Çin ipəyinin ixracından almışdır. Qədim dövrlərdə və orta əsrlərdə əhəmiyyətini artıran ticarət marşurutu olaraq indiki ÇXR, Yaponiya, Hindistan, Monqolustan İran, Özbəkistan, Tacikistan, Azərbaycan, Türkiyə və digər ölkələrin ərazisini əhatə etmişdir. Böyük İpək yolunun əsas hissəsi öz başlanğıcını qədim Çinin paytaxtı Çanqandan (Xian) götürmüş və onun Sian, Lançjou, Dunxuanacan əyalət və şəhərlərindən keçməklə iki - şimal və cənub qollarına ayrılmışdır. Şimal qolu Qədim Uyğurstanın Turfan şəhərindən Pamir dağlarına, oradan da Fərqanəyə və Qazaxıstan çöllərinə istiqamətlənmişdir. Cənub qol isə Lob-Nor gölünü yandan aşmaqla Təklə-Məkan səhrasının cənub hissəsi ilə Yarkənd və Pamir dağlarının cənub hissəsindən keçərək qədim Baktiriyaya, sonra Parfiyaya (indiki İran), oradan da cənubdan Hindistana, qərbdən Yaxın Şərq və indiki Türkiyə ərazisindən yönəlməklə Aralıq dənizinəcən uzanmışdır. “İpək yolu” və “İpək marşrutu” istilahları (almanca - Seidenstraße və Seidenstraßen) ilk dəfə 1868-1872-ci illərdə Çinə səyahət etmiş alman coğrafiyaşünas Ferdinand fon Rixthofen (1833-1905) tərəfindən dövriyyəyə gətirilmişdir. Bir xətti boyunca düzlənən məmləkətləri, mədəniyyətləri birləşdirən Böyük İpək yolu erkən sivilizasiya dövründən - I minillikdən başlayaraq II minilliyin ortalarına - böyük coğrafi kəşflərin başlanğıcına qədər aktiv fəaliyyətdə olmuş, Amerikaya və Hindistana dəniz yolunun açılması ilə XVI əsrdə əzəli əhəmiyyətini itirmişdir.