Arxiv
Faydalı linklər
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası
"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal
AMEA - Azərbaycan Milli Elmlər Akademiyası
AMEA İqtisadiyyat İnstitutu
Azərbaycan Dövlət İqtisad Universiteti
Azərbaycan Milli Kitabxanası
Azərbaycan kommersiya bankları haqqında informasiya portalı
İqtisadiyyat qəzeti
Lüğət
(ingilscə - biogas - bioqaz) metan və karbon qazının qarışığını təmsil edən üzvi tullantıların (biokütlənin) fermentasiya məhsulu. Qaz olmasına baxmayaraq biokütlənin tərkib hissəsi hesab olunur və biokütlənin çürüməsi metanaqen bakteriya sinfinin təsiri altında baş verir. Bu üsulla yanacaq əldə edilməsinin əsas üstülükləri odur ki, müxtəlif məişət, kənd təsərrüfatı və yeyinti sənayesi tullantılarından istifadə olunur. Bu zaman həmin tullantıların adi çürüməsindən ayrılan zərərli qazlar (metan və karbon qazları) havaya qarışmır. Bu isə qlobal istiləşmə ilə mübarizənin ən yaxşı qısamüddətli üsullarından biri hesab olunur. Heç də üzvi maddələrin hər fermentasiyası metan əmələ gətirmir. Biokütlədən metan hasilatı üçün fermentasiya hava olmadan baş verməlidir. Bu vəziyyətdə fermentasiya nəticəsində karbonun 60-70%-i metana və qalan hissəsi karbon qazına çevrilir. Burada isə istilik itkisi əhəmiyyətli dərəcədə azdır. Emaldan sonra tullantılar gübrə kimi istifadə olunaraq kimyəvi gübrələrin tətbiqini və qrunt sularının çirklənməsini azaldır. Bioqaz qurğuları ferma, ət kombinatı, spirt və şəkər zavodu kimi müəssisələrdə təmizləyici qurğu kimi də tətbiq olunur. Nəticədə Qərbi Avropada fermaların yarıdan çoxu bioqaz hesabına qızdırılır. Bioqazdan həmçinin elektrik enerjisinin, istilik və buxarın istehsalında, habelə avtomobil yanacağı kimi istifadə olunur. Danimarkanın ümumi enerji balansında bioqazın payı 18%, İsveçrə avtomobillərində 10% təşkil edir. Çin, Hindistan, Nepal, Vyetnam kimi ölkələrdə isə məişət üçün nəzərdə tutulmuş kiçik bioqaz qurğuları geniş istifadə edilir. Çində onların sayı 18 milyondur və 60 milyon insanı yanacaqla təmin edir. Bioqazlara zibilin çürüməsi nəticəsində yaranan üzvi tullantılardan, çirkab suların çöküntülərinin anaerob qıcqırdılması nəticəsində yaranan qazlar və heyvan peyininin, həmçinin sallaqxanaların, pivəbişirmə və bəzi kənd təsərrüfatı müəssisələrinin tullantılarının anaerob qıcqırdılmasından alınan sair qazlar aiddir.