gototop gototop
Azərbaycanca Русский English
Arxiv
Faydalı linklər

http://www.preslib.az/

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası


http://www.vergijurnali.az/

"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal


http://www.science.gov.az/

AMEA - Azərbaycan Milli Elmlər Akademiyası


http://www.elm.az/az/economy/

AMEA İqtisadiyyat İnstitutu


http://www.aseu.az/

Azərbaycan Dövlət İqtisad Universiteti


http://www.anl.az/

Azərbaycan Milli Kitabxanası


http://banker.az/az/

Azərbaycan kommersiya bankları haqqında informasiya portalı


http://iqtisadiyyat.com/

İqtisadiyyat qəzeti


Lüğət

YÜKSƏK TEXNOLOGIYALAR

(ingilscə - high technology, high tech, hi-tech - yüksək texnologiyalar) - müasir dövrün ən yeni texnologiyaları. Termin ilk dəfə 1958-ci ildə “atom enerjisi” üçün ABŞ-ın “New York Times” qəzetində istifadə edilib. Dünyadakı mövcud və istifadə edilməkdə olan ən qabaqcıl texnologiyaları ehtiva edir. Yüksək texnologiyalara, bir qayda olaraq, sənayenin ən elmtutumlu sahələri aid edilir. Onlar əsasən beş prioritet istiqamətdə - texnoloji inkişaf, informasiya texnologiyaları, yeni materiallar əsasında istifadə edilən texnologiyalar, kosmik texnologiyalar və nüvə texnologiyalarında ehtiva olunur. Bununla yanaşı, yüksək texnologiyalara sosial texnologiyalar (yeniliklərin yayım sistemi, kollektiv iş texnologiyaları və tədris), inkişaf etmiş kompüter elektronikaları və s. daxil edilir. Bununla yanaşı, yüksək texnologiyalara sosial texnologiyalar (yeniliklərin yayım sistemi, kollektiv iş texnologiyaları və tədiris), inkişaf etmiş kompüter elektronikaları və s. daxil edilir. Belə ki, texnologiyalar arasında “yüksək texnologya” sinfi yoxdur. Buna görə də zamanı qabaqlayan texnologiyalar yüksək texnologiyalar hesab edilərək özündən əvvəlki texnologiyaları adi texnologiyalar sırasına sürüşdürür. Yüksək texnologiyaların tam tərsi sadə, ənənəvi və ya pre-mexaniki texnologiyaları özündə ehtiva edir və aşağı texnologiyalar hesab edilə bilər (məsələn: sayğac aşağı texnologiyalı hesablayıcı cihazdır). Texnologiya sektoru sənaye müəssisələrini onların texnoloji intensivliyi və istehsal edilən son məhsula görə təsnifatlaşdırır. Buraya əsasən daxildir: aerokosmika, təyyarə istehsalı və ya təyyarəqayırma, raketqayırma, avtomobil istehsalı, süni intellekt, biotexnologiya, biometriya, gen mühəndisliyi və gen terapiyası, mikrobioloji sənaye, kompüter elmləri və informasiya texnologiyaları, telekommunikasiya, nanotexnologiya, nüvə fizikası, fotonika, robotlar, yarımkeçiricilər, elektronika, ötürücülər (sensorlar), detektorlar, elektron analizatorlar, tullantıların emalı, naviqasiya texnologiyaları, təhlükəsizlik sistemləri, gizli müşahidə sistemləri, müdafiə texnologiyaları və ikili təyinatlı texnologiyalar, sosial texnologiyalar, ekoloji təmiz texnologiyalar və alternativ energetika (enerjiyə qənaət və alternativ enerji) və s. Yüksək texnologiyalar və onlara müvafiq texnikalardan istifadəyə keçid elmi-texniki inqilabın müasir mərhələsinin mühüm bəndini təşkil edir.