Arxiv
Faydalı linklər
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası
"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal
AMEA - Azərbaycan Milli Elmlər Akademiyası
AMEA İqtisadiyyat İnstitutu
Azərbaycan Dövlət İqtisad Universiteti
Azərbaycan Milli Kitabxanası
Azərbaycan kommersiya bankları haqqında informasiya portalı
İqtisadiyyat qəzeti
Lüğət
(ingiliscə - Warsaw Pact - Varşava Müaviləsi) - 14 may 1955-ci ildə Polşanın paytaxtı Varşava şəhərində keçmiş SSRİ, Albaniya (1962-ci ildən fəaliyyətini dayandırmış), Bolaqarıstan, Macarıstan, keçmiş Almaniya Demokratik Respublikası (1990-ci ildə AFR-lə birləşdikdikdən sonra müqavilədən çıxmışdır), Polşa, Rumıniya və keçmiş Çexoslovakiya dövlətləri arasında dostluq, əməkdaşlıq və qarşılıqlı yardım üzrə bağlanmış müqavilə. Varşava Müqaviləsinin məqsədi üzv dövlətlərin təhlükəsizliyinin təmin edilməsi və Avropada sülhün müdafiəsi bəyan edilmişdir. Üzv ölkələr müqavilə əsasında ali orqan olaraq Siyasi Məşvərət Komitəsi və hərbi qüvvələrin birgə komandanlığını yaratmışdılar. SSRİ-nin süqutu, sosalist düşərgəsi ölkələrində demokratikləşməyə keçidlə əlaqədar 1 iyil 1991-ci ildə Varşava Müqaviləsi ölkələri ittifaqı dağılmışdır. Mənzil-qərargahı SSRİ-nin paytaxtı Moskva şəhərində yerləşmişdir. Hazırda SSRİ-nin sələfi olmuş Rusiyadan başqa bütün üzv ölklər, həmçinin 3 keçmiş SSRİ respublikası - Litava, Latviya və Estoniya da NATO-ya üzvlüyə qəbul edilmişlər.