gototop gototop
Azərbaycanca Русский English
Arxiv
Faydalı linklər

http://www.preslib.az/

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası


http://www.vergijurnali.az/

"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal


http://www.science.gov.az/

AMEA - Azərbaycan Milli Elmlər Akademiyası


http://www.elm.az/az/economy/

AMEA İqtisadiyyat İnstitutu


http://www.aseu.az/

Azərbaycan Dövlət İqtisad Universiteti


http://www.anl.az/

Azərbaycan Milli Kitabxanası


http://banker.az/az/

Azərbaycan kommersiya bankları haqqında informasiya portalı


http://iqtisadiyyat.com/

İqtisadiyyat qəzeti


Lüğət

URUQVAY RAUNDU

(ingiliscə - Uruguay Round - Uruqvay raundu) Tariflər və Ticarət üzrə Baş Saziş - TTBS-in himayəsi ilə keçirilən, 1986-cı ildə Uruqvayın kurort şəhəri Punta-del Estedə başlanan və 1994-cü ildə yekunlaşan son çoxtərəfli ticarət danışıqları. Danışıqlar raundunda 111 üzv ölkə tərəfindən beynəlxalq ticarətin istiqamətləndirilməsi, reqlamentləşdirilməsi və liberallaşdırlıması sahəsində 50-dən çox sənəd (saziş, qərar, razılaşma, protokol, bəyannamə və s.) qəbul edilməsi ilə müşayiət olunmuşdur. Bu raundun xüsusiyyəti həm də ondan ibarət olmuşdur ki, tarixdə ilk dəfə TTBS-nin gündəliyinə bu təşkilatın fəaliyyətinə bilavasitə aid olmayan məsələlər salınmışdır. Həmin məsələlərə kənd təsərrüfatında proteksionizmin məhdudlaşdırılması, xidmətlər ticarətinin (o cümlədən bank, sığorta, nəqliyyat, tikinti, kompüter xidmətləri), həmçinin intellektual mülkiyyətin, ticarətlə bağlı investisiyaların qorunması kimi məsələləri aid etmək olar. Bundan başqa, raundun gündəliyinə TTBS-nin mexanizminin təkmilləşdirilməsi və dünya ticarətinin inkişaf mərhələsinə adaptasiyası məsələləri də daxil edilmişdir. Burada qəbul edilən ən mühüm sənəd isə Dünya Ticarət Təşkilatının – DDT-nin yaradılması olmuşdur. Bunun nəticəsində isə TTBS fəaliyyət sahəsini genişləndirərək, mahiyyət etibarilə, mövcud beynəlxalq ticarət sisteminin harmonizasiyası üzrə ümumdünya iqtisadi təşkilatına çevrilmişdir. Bu raundda həm də TTBS-nin əlavələr və dəqiqləşmələrlə DDT-nin hüquqi əsaslarını yaradan ümumi sənədlər paketinə daxil edilməsi və ona TTBS-1994 adı verilməsi qərara alınmışdır. Burada digər razılaşdırılmış sənədlər isə başlıca olaraq üç məsələni - bazarlara girişin genişləndirilməsi, iqtisadi münasibətlərin yeni sferalarının tənzimlənməsi və onun mexanizmlərinin təkmilləşdirilməsini əhatə etmişlər.