Arxiv
Faydalı linklər
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası
"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal
AMEA - Azərbaycan Milli Elmlər Akademiyası
AMEA İqtisadiyyat İnstitutu
Azərbaycan Dövlət İqtisad Universiteti
Azərbaycan Milli Kitabxanası
Azərbaycan kommersiya bankları haqqında informasiya portalı
İqtisadiyyat qəzeti
Lüğət
(ingiliscə - UNESCO - The United Nations Educational, Scientific and Cultural Organization - Elm, Təhsil və Mədəniyyət üzrə Birləşmiş Millətlər Təşkilatı) - BMT-nin elm, təhsil və mədəniyyət məsələləri üzrə təşkilatı. 1945-ci il noyabrın 16-da yaradılmışdır. UNESKO-nun bəyan etdiyi əsas məqsədlər təhsil, elm və mədəniyyət sahəsində dövlətlər və xalqlar arasında əməkdaşlığın genişlənməsi hesabına sülhün və təhlükəsizliyin möhkəmləndirilməsinə kömək, insanların irq, cins, dil və ya din mənsubiyyətinə fərq qoyulmadan ədalət və qanunvericiliyə riayət edilməsi, BMT-nin Nizamnaməsində elan edilən insan hüquqlarına və azadlıqlarına hörmətin təmin edilməsidir. 1972-ci ildə UNESCO tərəfindən “Ümumdünya Mədəni və Təbii İrsin Qorunması haqqında Konvensiya” qəbul edilmişdir. Hazırda təşkilatda 195 üzv-dövlət, 2 müşahidəçi-dövlət və xarici siyasət üçün məsuliyyət daşımayan ərazilər üzrə 9 assosiyasiya olunmuş üzv təmsil olunmuşdur. Təşkilatın tərkibinə dünyanın müxtəlif yerlərindən 60-dan artıq büro və bölmə daxildir. Mənzil-qərargahı Fransanın paytaxtı Paris şəhərində yerləşir.