Arxiv
Faydalı linklər
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası
"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal
AMEA - Azərbaycan Milli Elmlər Akademiyası
AMEA İqtisadiyyat İnstitutu
Azərbaycan Dövlət İqtisad Universiteti
Azərbaycan Milli Kitabxanası
Azərbaycan kommersiya bankları haqqında informasiya portalı
İqtisadiyyat qəzeti
Lüğət
(qazaxca - Түрік кеңесі, qırğızca - Түрк кеңеш, türkcə - Türk Konseyi, ingiliscə - Turkich Council) - türkdilli ölkələri birləşdirən beynəlxalq təşkilat. Türk Şurası 2009-cu il oktyabrın 3-də, Azərbaycan Respublikasının Naxçıvan şəhərində təsis edilib. 25 avqust 2012-ci ildə Bişkekdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin daxil olduğu Türkdilli Ölkələrin Əməkdaşlığı Birliyinin bayrağı qəbul edilib. Bayraq üçün birlik dövlətlərinin bayraqlarından bir element (Qırğızıstan - Günəş, Azərbaycan - ulduz, Türkiyə - aypara, Qazaxıstan - göy rəng) götürülmüşdür. Türk Şurasının üç mərkəzi vardır: İstanbul, Bakı və Astana. İstanbul inzibati, Bakı Parlament Assambleyasının, Astana isə Türk Akademiyasının mərkəzidir. Türk Şurasının strukturu: Baş katib, Dövlət başçıları Şurası, Xarici işlər nazirləri Şurası, Böyük Məmurlar Komitəsi, Ağsaqqallar Şurası, Parlament Assambleyası, Türk Akademiyası, Türk Mədəniyyət və Sənətləri Ortaq İdarəsi - TÜRKSOY və Türk İş Şurası.