Arxiv
Faydalı linklər
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası
"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal
AMEA - Azərbaycan Milli Elmlər Akademiyası
AMEA İqtisadiyyat İnstitutu
Azərbaycan Dövlət İqtisad Universiteti
Azərbaycan Milli Kitabxanası
Azərbaycan kommersiya bankları haqqında informasiya portalı
İqtisadiyyat qəzeti
Lüğət
(latınca - trans - dolayı, sərhəddən kənar, natio - irq, millət, corporatio - birlik, transnational corporations - beynəlmiləl korporasiya) dünya təsərrüfatının mühüm subyekti olan beynəlxalq şirkət. TMK-lar bir sıra ölkələrdə törəmə şirkətləri fəaliyyət göstərən, səmhləri dünyanın əksər ölkələrində alınıb-satılan, təşkilati struktuu geniş miqyaslı fəaliyyətə istiqamətlənmiş, ali rəhbərliyində müxtəlif dövlətlərin vətəndaşları təmsil olunan beynəlxalq şirkətlərdir. Konqlamerant, çoxmilli, multnasional, transnasional qlobal korporativ xüsusiyyətli nəhəng beynəlxalq qurumlar. Korporasiyalar təsiredici nüfuzu, çoxmilyardlıq investisiya qüdrətləri ilə qloballaşma prosesini stimullaşdırırlar. Hərtərəfli mühafizə sistemləri, yüksək maddi-texniki baza ilə təhciz edilmiş elmi-tədqiqat institutları, laboratoriyaları, konstruktor büroları TMK-nın artan potensialını, rəqabət qüdrətini təmin edir. Belə strateji istiqamət milli kapitalın fəaliyyətinin beynəlmiləlləşdirilməsi, transmilli kapitalın maraqlarının qloballaşması ilə və əvəzlənməsini gerçəkləşdirir. Hazırda dünya təsərrüfatının mühüm mexanizmi kimi onlar ÜDM-in 20-25%-nə malik olmaqla beynəlmilləşmənin əsas hərəkətverici qüvvəsinin özəyində dayanırlar.