Arxiv
Faydalı linklər
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası
"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal
AMEA - Azərbaycan Milli Elmlər Akademiyası
AMEA İqtisadiyyat İnstitutu
Azərbaycan Dövlət İqtisad Universiteti
Azərbaycan Milli Kitabxanası
Azərbaycan kommersiya bankları haqqında informasiya portalı
İqtisadiyyat qəzeti
Lüğət
(ingiliscə - Trans-Siberian Railway - Transsib - Transsibir dəmiryolu magistralı - Transsib) Avroasiya üzərindən Rusiyanın Şərqi Sibir və Uzaq Şərqdəki nəhəng sənaye şəhərlərini paytaxt Moskva ilə birləşdirən dəmir yolu. Tarixi adı Böyük Sibir Yolu. Uzunluğu 9288,2 kilometrdir (Moskva-Vladivastok) və dünyada ən uzun dəmiryolu xəttidir. İnşasına 1891-ci ilədə başlanmışdır 2002-ci ildə tam eletrikləşdirilmişdir. Buraxılış qabilyyəti ildə 100 milyon ton yükdür. Transsibir dəmiryolu magistralı vasitəsi ilə keçmiş SSRİ 1960-cı illərdə Avropa və Asiya arasında transkontenital daşımalar bazarına çıxış əldə etmişdir. Lakin siyasi vəziyyət, logistik və relslərarası məsafə müxtəlifliyi ilə əlaqədar problemlər bu xəttdən tam istifadəyə imkan verməmişdir. Dəhlizdən istifadə özünün əhəmiyyətini Sovet İttifaqının süqutu ərəfəsində - 1990-cı illərdə, öncə SSRİ və Çin, sonra isə Qazaxıstanla Çin arasındakı birinci bağlantının işə salınması ilə əldə etmişdir. 2008-ci ildə isə Çin, Monqolustan, Rusiya, Belarus, Polşa və Almaniya bu xəttdən Pekin və Hamburq arasında yük daşımalarını optimallaşdıran layıhə üzrə saziş bağlamışlar. 2011-ci ildə bu dəhlizdə tranzit 15 milyon tonu keçmişdir. 2013-cü ildə Transsibirlə Çin dəmir yolları arasında ikinci bağlantı istismara verilmişdir ki, bu da Çindən Almaniyaya dəmir yolu ilə tranziti dəniz yollarına nisbətdə 20 gün azaldaraq 11-15 günə endirmişdir.