Arxiv
Faydalı linklər
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası
"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal
AMEA - Azərbaycan Milli Elmlər Akademiyası
AMEA İqtisadiyyat İnstitutu
Azərbaycan Dövlət İqtisad Universiteti
Azərbaycan Milli Kitabxanası
Azərbaycan kommersiya bankları haqqında informasiya portalı
İqtisadiyyat qəzeti
Lüğət
(ingiliscə - Trans Asian Europe, ТАЕ - Trans-Asiya-Avropa, ТАA) - Trans-Asiya-Avropa beynəlxalq fiber-optik rabitə xətti. Cin Xalq Respublikasının Şanxay şəhərindən Almaniya Federativ Respublikasının Frankfurt şəhərinədək 27 min km olmaqla ÇXR, Pakistan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Türkmənistan, İran, Azərbaycan, Gürcüstan, Türkiyə, Ukrayna, Polşa, Belarus, Rumıniya, Macarıstan, Avstriya, Ermənistan və AFR-i əhatə edir. Azərbaycanda və Orta Asiya respublikalarında, o cümlədən Qırğızıstanda xəttin quru hissəsinin tikintisi 2000-ci ildə başa çatdırılmışdır. TAE layihəsinin Xəzəraltı hissəsinin tikintisi üçün Azərbaycanla Türkmənistan və Qazaxıstan arasında sualtı kabel çəkilməlidir. Xəzəraltı kabelin tikintisi həyata keçirildiyi təqdirdə bu xəttin üzərində BMT-nin qətnaməsi ilə qəbul edilmiş TASİM layihəsinin reallaşdırılması nəzərdə tutulur. Orta Asiya respublikalarının Avropa ilə əlaqəsi İran üzərindən uzun marşrutla və lazımı keyfiyyət təmin olunmadan yaradılmışdır. Azərbaycanın Avropaya rabitəsi isə Türkiyə və Gürcüstan üzərindən həyata keçirilir.