Arxiv
Faydalı linklər
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası
"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal
AMEA - Azərbaycan Milli Elmlər Akademiyası
AMEA İqtisadiyyat İnstitutu
Azərbaycan Dövlət İqtisad Universiteti
Azərbaycan Milli Kitabxanası
Azərbaycan kommersiya bankları haqqında informasiya portalı
İqtisadiyyat qəzeti
Lüğət
(ingiliscə - Trans Anatolian Pipeline - Trans Anadolu Boru Kəməri) “Cənub Qaz Dəhlizi”nin mühüm hissəsi olaraq Azərbaycanın Xəzərdəki “Şahdəniz” qaz-kondensat yatağından və digər yataqlarından çıxarılan qazın Türkiyənin qərb sərhədlərinə qədər nəqlini reallaşdıran qaz boru xətti. Uzunluğu 1805 km (Türkiyə). Məhsuldarlığı 16,0 miyard m3/il, boru diametri 1422x1220 mm-dir. İnvestisiya dəyəri 7 milyard ABŞ dollarıdır. TANAP layihəsində ARDNŞ - 80%, Türkiyənin BOTAŞ və TPAO şirkətləri isə birlikdə 20% paya malikdir. Layihə üzrə saziş 2012-ci il iyunun 26-da İstanbulda imzalanmış, təməli isə 17 mart 2015-ci ildə Türkiyənin Qars şəhərində qoyulmuşdur. TANAP Faza-0 və Faza-1 hissə olaraq həyata keçirilir. Boru kəmərinin Faza-0 adlandırılan Gürcüstan-Türkiyə sərhəddi-Eskişəhər hissəsinin diametri 56 düym, uzunluğu 1340 km təşkil edir. Avropaya qaz veriləcək Faza-1 adlandırılan hissənin (Eskişəhər-Ədirnə - Avropaya qədər olan hissə) isə diametri 48 düym, uzunluğu 476 km-dir. 2018-ci ildə qazın nəqletmə gücü 16 milyard m3, sonrakı mərhələdə - 2023-cü ildə 23 milyard m3, 2026-cı ildə isə 31 milyard m3 olacaqdır. İlkin mərhələdə nəqli nəzərdə tutulan 16 milyard m3-in 10 milyard m3-i TAP layihəsi üzrə boru xətti ilə Avropaya tranzit olunacaq, 6 milyard m3-i isə Türkiyəyə çatacaqdır. Avropa üçün nəzərdə tutulan qaz Türkiyə-Bolqarıstan və ya Türkiyə-Yunanıstan sərhədində təhvil veriləcəkdir. Növbəti mərhələlərdə Avropaya göndərilən qazın həcmi 20 milyard m3-ə qədər artırılacaqdır. 12 iyun 2018-ci il tarixində Türkiyənin Eskişəhərində TANAP xəttinin Faza-0 hissəsi açılmışdır. Qazın Avropa üçün qəbulunu reallaşdıracaq Faza-1 hissəsi isə 2019-cu ildə hazır olacaqdır.