gototop gototop
Azərbaycanca Русский English
Arxiv
Faydalı linklər

http://www.preslib.az/

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası


http://www.vergijurnali.az/

"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal


http://www.science.gov.az/

AMEA - Azərbaycan Milli Elmlər Akademiyası


http://www.elm.az/az/economy/

AMEA İqtisadiyyat İnstitutu


http://www.aseu.az/

Azərbaycan Dövlət İqtisad Universiteti


http://www.anl.az/

Azərbaycan Milli Kitabxanası


http://banker.az/az/

Azərbaycan kommersiya bankları haqqında informasiya portalı


http://iqtisadiyyat.com/

İqtisadiyyat qəzeti


Lüğət

ŞİMALİ ATLANTİKA MÜQAVİLƏSİ TƏŞKİLATI, NATO

(ingiliscə - North Atlantic Treaty Organization - Şimali Atlantika Müqaviləsi Təşkilatı) əsasən, Avropa ölkələrindən ibarət, həmçinin ABŞ və Kanadanın da daxil olduğu hərbi ittifaq. 1949-cu ildə ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, Belçika, Danimarka, İslandiya, Kanada, Lüksemburq, Niderland, Norveç və Portuqaliya tərəfindən birgə təsis olunmuşdur. NATO müasir dünyanın ən möhtəşəm hərbi ittifaqı olaraq sülhün qorunmasını, azadlıqların müdafiəsini siyasi həmrəylik yolu ilə təmin edən, üzvlərinə qarşı yönəlmiş istənilən təcavüz formalarının dəf olunmasını, zərurət yarandıqda isə hərbi gücdən istifadə edilməsini nəzərdə tutan müstəqil dövlətlərin alyansıdır. Alyansın yaranması 1948-ci ilin martın 17-də Brüssel sazişinin imzalanması ilə başlanmışdır. Bu sazişdə 5 Qərbi Avropa ölkəsi ümumi müdafiə sistemini yaratmaq və ölkələr arasında qarşılıqlı əlaqələri möhkəmləndirmək istəklərini təsdiq etdilər. NATO-nun əsasını istənilən üzv dövlətlərə hücüm halında kollektiv müdafiə müqaviləsi təşkil edir. Mənzil qərərgahı Belçikanın paytaxtı Burüsel şəhərindədir.