Arxiv
Faydalı linklər
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası
"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal
AMEA - Azərbaycan Milli Elmlər Akademiyası
AMEA İqtisadiyyat İnstitutu
Azərbaycan Dövlət İqtisad Universiteti
Azərbaycan Milli Kitabxanası
Azərbaycan kommersiya bankları haqqında informasiya portalı
İqtisadiyyat qəzeti
Lüğət
(ingiliscə - oil stocks - neft ehtiyatları) təsbit edilmiş vaxt ərzində yatağın kəşf olunmuş hissəsindən reallaşmış hasilat miqdarını hesaba almayan, kommersiya baxımından çıxarılması mümkün sayılan karbohidrogenlərin həcmi. Ehtiyatlar kateqoriyasının təyinatında işləmə planı, hasilat proqnozu, fiskal şərtlər, hüquqi təminat və bazarla bağlı tələblər kimi onların iqtisadi qiymətləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Burada layihənin kommersiya baxımından luzumluluq və faydalılığı ilə ehtiyatların təsdiq edilmə meyarları da şərtləndirilir. Öyrənilmə dərəcəsinə görə - ehtiyatlar A, V, S1, S2, və resurslar S3, D1, D2 olaraq yeddi kateqoriyaya bölünür. Resurslar - təsbit edilmiş vaxt ərzində qiymətləndirilərək yatağın kəşf olunmuş hissəsindən qalıq və ya hasil edilən karbohidrogenlərin çıxarıla bilən həcmi (kəşf edilmiş resurslar) ilə kəmiyyəti qiymətləndirilərək, hələ ki, aşkarlanmamış (kəşf edilməmiş resurslar) karbohidrogenlərin cəmindən ibarətdir.