gototop gototop
Azərbaycanca Русский English
Arxiv
Faydalı linklər

http://www.preslib.az/

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası


http://www.vergijurnali.az/

"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal


http://www.science.gov.az/

AMEA - Azərbaycan Milli Elmlər Akademiyası


http://www.elm.az/az/economy/

AMEA İqtisadiyyat İnstitutu


http://www.aseu.az/

Azərbaycan Dövlət İqtisad Universiteti


http://www.anl.az/

Azərbaycan Milli Kitabxanası


http://banker.az/az/

Azərbaycan kommersiya bankları haqqında informasiya portalı


http://iqtisadiyyat.com/

İqtisadiyyat qəzeti


Lüğət

LİBERAL, LİBERALİZASİYA

(latınca - liberalis - azad, liberalis - müstəqil) latın mənşəli “liberal” isminin paronimləri liberalizasiya və liberalizm birbaşa tərcümədə “azad” mənasını ifadə edir. Lakin bu istilahlar iqtisadi sferada ayrı-ayrı anlayışlarda təcəssüm olunur. Liberalizasiya azad ticarətdə meyl artımını, liberalizm isə bazar iqtisadiyyatının bazisi olmaqla bu prosesləri öyrənən iqtisadi nəzəriyyəni ifadə edir. İqtisadi müstəvidə liberalizasiya bazar iqtisadiyyatının alternativ ifadə variantı kimi də işlənilir. Liberalizm isə sərt dövlət tənzimlənməsi siyasəti olan «komanda iqtisadiyyatı» terminin antonimi kimi çıxış edir. İqtisadi liberalizm XVIII əsrdə Adam Smit təlimindən başlanğıc alır. XX əsrin 30-cu illərində Böyük depressiyadan sonra isə onun yeni formatlı axını, neoliberalizm meydana gəlmişdir. Bu isə o deməkdir ki, biznes sferasında böhrandan çıxmağın oyun qaydalarını dövlət müəyyən edir. Müasir zamanda liberalizm anlayışı əhəmiyyətli dərəcədə təbəddülatlara uğramışdır. Lakin onun şəxsi mülkiyyət, azad sahibkarlıq və azad rəqabət kimi əsas prinsipləri dəyişməz olaraq qalır.