Arxiv
Faydalı linklər
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası
"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal
AMEA - Azərbaycan Milli Elmlər Akademiyası
AMEA İqtisadiyyat İnstitutu
Azərbaycan Dövlət İqtisad Universiteti
Azərbaycan Milli Kitabxanası
Azərbaycan kommersiya bankları haqqında informasiya portalı
İqtisadiyyat qəzeti
Lüğət
(ingiliscə - KOF, Globalization Index - Qloballaşma İndeksi) - iki ayrı mənbə - KOF İsveçrə İqtisad İnstitutu (KOF Swiss Economic Institute) və Xarici Siyasət Jurnalı (Foreign Policy Magazine) tərəfindən hazırlanmış, ölkələrin qloballaşma prosesinə qoşulma səviyyəsini ölçmək məqsədilə istifadə olunan qloballaşma indeksi. Bunlar arasında ən əhatəlisi və məşhur olanı KOF İsceçrə İqtisad İnstitutu tərəfindən hazırlanan KOF Qloballaşma İndeksidir (KOF Globalization İndex). KOF Qloballaşma İndeksi qloballaşmanın iqtisadi, siyasi və sosial aspektlərini əhatə etməklə 3 alt-indeksdən ibarətdir: 1) İqtisadi qloballaşma: uzaq məsafələrə əmtəə, kapital və xidmət axınları, habelə bazar mübadilələrini ifadə edən informasiya və davranışlarla xarakterizə olunur; 2) Siyasi qloballaşma: hökumət siyasətlərinin yayılması ilə xarakterizə olunur; 3) Sosial qloballaşma: ideyalar, məlumatlar, formalar və insanların yayılması ilə xarakterizə olunur. KOF Qloballaşma İndeksi həm yekun qloballaşma indeksi, həm də onun alt-indeksləri olan iqtisadi qloballaşma, siyasi qloballaşma və sosial qloballaşma indeksləri üzrə ölkələrin reytinqini müəyyən etməyə imkan verir. Bütün indekslər 1-100 bal arası sistemlə qiymətləndirilir. 100 bal ən yüksək qloballaşma, 1 bal isə ən zəif qloballaşma səviyyəsini ifadə edir.