gototop gototop
Azərbaycanca Русский English
Arxiv
Faydalı linklər

http://www.preslib.az/

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası


http://www.vergijurnali.az/

"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal


http://www.science.gov.az/

AMEA - Azərbaycan Milli Elmlər Akademiyası


http://www.elm.az/az/economy/

AMEA İqtisadiyyat İnstitutu


http://www.aseu.az/

Azərbaycan Dövlət İqtisad Universiteti


http://www.anl.az/

Azərbaycan Milli Kitabxanası


http://banker.az/az/

Azərbaycan kommersiya bankları haqqında informasiya portalı


http://iqtisadiyyat.com/

İqtisadiyyat qəzeti


Lüğət

QAZ ANBARLARI

(ingiliscə - gas storage - qazsaxlamatəbii qazın ehtiyatı (yayda saxlanması və qışda istifadəsi) anbarları. Qaz anbarları, əsasən, hasilatı bitmış yataqlarda təşkil olunur. Burada nəql edilən qaz kompressorlar vasitəsi ilə yerin altına vurulur və sonrakı istifadə zaman eyni texnoloji sistemlə magistral xətlərə ötürülür. İlk yeraltı qaz anbarları ABŞ-da intişar tapmışdır. Artıq XX əsrin 70-ci illərində ABŞ-da belə anbarların sayı 200-ü və orada saxlanılan qaz həcmi 125 milyard kubmetri aşmışdır. Keçmiş SSRİ-də ilk yeraltı qaz anbarı 1958-ci ildə Kuybışev şəhərində tükənmiş qaz yatağında düzəldilmişdir. Respublikamızda isə artıq bir neçə onillikdir ki, təbii qazın müvafiq üsulla saxlanılması Bakı şəhəri yaxınlığında - Qaradağ və Qalmaz iri yeraltı qaz anbarları vasitəsi ilə həyata keçirilir. Bu anbarların ümumi aktiv həcmi 10 milyard kubmetrə yaxındır. Nəzəri-elmi əsaslandırma və sınanmış praktikaya görə, meqapolislərdə, ümumiyyətlə, energetik ehtiyacları təbii qaz istehlakına standartlaşdırılmış şəhərlərdə bu yanacaq növünə olan tələbin 10 faizi miqdarında anbar ehtiyatının olması zəruridir.