Arxiv
Faydalı linklər
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası
"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal
AMEA - Azərbaycan Milli Elmlər Akademiyası
AMEA İqtisadiyyat İnstitutu
Azərbaycan Dövlət İqtisad Universiteti
Azərbaycan Milli Kitabxanası
Azərbaycan kommersiya bankları haqqında informasiya portalı
İqtisadiyyat qəzeti
Lüğət
(fransızca - coter - nömrələmə, nişanlama) - alqı və ya satqı etməyə hazır olan satıcı və ya alıcının elan etdiyi (oferta təklif edilir) malın qiymət (kurs, faiz dərəcəsi). Fond birjalarında kotirovka qiymətli kağızların kursunun müəyyən edilməsi, mal birjalarında mallara qiymət qoyulması və onların birja bülletenlərində dərc olunmasını ifadə edir. Bəzən kotirovka alqı və satqının ofertinin qiyməti deyil, yalnız bağlanmış sövdənin qiyməti hesab olunur. Birjalarda qiyməti xüsusi kotirovka komissiyası (komitəsi) qeydiyyatdan keçirir. Adətən birja sessiyasının açılış və bağlanış qiymətləri, günün maksimal və minimal qiymətləri dərc edilir. Belə dərcləri “rəsmi kotirovka” adlandırırlar. Kotirovkalar hərracda bazarın konyunkturunu, tələb və təklifin nisbətini əks etdirir. Birbaşa və əks (dolayı) kotirovka növləri fərqləndirilir.