Arxiv
Faydalı linklər
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası
"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal
AMEA - Azərbaycan Milli Elmlər Akademiyası
AMEA İqtisadiyyat İnstitutu
Azərbaycan Dövlət İqtisad Universiteti
Azərbaycan Milli Kitabxanası
Azərbaycan kommersiya bankları haqqında informasiya portalı
İqtisadiyyat qəzeti
Lüğət
(ingiliscə - international migration of capital - kapitalın beynəlxalq miqrasiyası) kapitalın idxal, ixrac və onun xaricində fəaliyyətinin də daxil olduğu ölkələrarası hərəkətidir. Kapitalin beynəlxalq hərəkəti kapitalın pul və ya əmtəə formasında daha səmərəli istifadəsi, başqa ölkələrdə mülkiyyətin əldə edilməsi, habelə pulların yüksək gəlirlər gətirməyə vəd verən istehsal obyektlərinə, binaların, qurğuların, qiymətli kasğızların alınmasına yönəldilməsi məqsədi ilə xaricə daşınması və xaricdə yerləşdirilməsi ilə baş verir. Kapitalın beynəlxalq hərəkəti iqtisadi şəraitin, miqyasın, forma və mexanizmin dəyişməsindən asılı olur və dünya iqtisadiyyatına böyük təsir göstərir. O, hər şeydən əvvəl kapitalın beynəlxalq transfertinin dünya iqtisadiyyatına köməyində təzahür edir. Bu onunla əlaqədardır ki, kapital və ya kapitaltutumlu əmtəə ilə təmin edilən hər hansı ölkə xarici ölkədə investisiya qoyuluşları vasitəsilə istehsal qura bilər. Buradan xarici ticarətdə olduğundan daha böyük iqtisadi effekt əldə etmək olar. Kapitalın beynəlxalq hərəkəti proseslərində ölkənin xüsusi çəkisi (kapitalın ixracı-idxalı) həmin ölkənin dünya təsərrüfatı sisteminə inteqrasiyası göstərici kimi də qiymətləndirilir.