gototop gototop
Azərbaycanca Русский English
Arxiv
Faydalı linklər

http://www.preslib.az/

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası


http://www.vergijurnali.az/

"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal


http://www.science.gov.az/

AMEA - Azərbaycan Milli Elmlər Akademiyası


http://www.elm.az/az/economy/

AMEA İqtisadiyyat İnstitutu


http://www.aseu.az/

Azərbaycan Dövlət İqtisad Universiteti


http://www.anl.az/

Azərbaycan Milli Kitabxanası


http://banker.az/az/

Azərbaycan kommersiya bankları haqqında informasiya portalı


http://iqtisadiyyat.com/

İqtisadiyyat qəzeti


Lüğət

İSLAM ƏMƏKDAŞLIQ TƏŞKİLATI, İƏT

(ingiliscə - Organisation of Islamic Cooperation, OIC - İslam Əməkdaşlıq Təşkilatı. İƏT) İslam dünyası ölkələrinin beynəlxalq təşkilatı. 2011-ci ilə qədər İslam Konfransı Təşkilatı - İKT kimi fəaliyyət göstərmişdir. 1969-cu ildə Mərakeşin paytaxtı Rabat şəhərində müsəlman ölkələrinin dövlət və hökumət başçılarının konfransında yaradılmışdır. İƏT 60-a yaxın dövləti özündə birləşdirir. Bəzi ölkələrin müsəlman icmalarının, habelə bir sıra beynəlxalq təşkilatların nümayəndələri İƏT yanında müşahidəçi statusuna malikdirlər. İƏT BMT ilə sıx əməkdaşlıq edir və 1975-ci ildən BMT yanında müşahidəçi statusu almışdır. 1972-ci ildə qəbul edilmiş nizamnaməyə görə, təşkilatın ali orqanı dövlət və hökumət başçılarının konfransıdır. İƏT-nin siyasi orqanı xarici işlər nazirləri konfransı, icraçı orqanı isə Baş katiblikdir. Baş katibliyin tərkibində bir sıra şöbələr, o cümlədə n sosial-istisadi, elm və texnika, Asiya məsələləri, Afrika məsələləri, beynəlxalq məsələlər, informasiya, insan hüquqları və azsaylı dini icma məsələləri, müsəlmanların qeyri-hökumət təşkilatları məsələləri şöbələri və başqa şöbələr işləyir. İƏT yanında onun konfranslarının qərarları ilə yaradılmış tam bir sıra müstəqil təşkilatlar fəaliyyət göstərir. Baş katibliyin iqamətgahı Qüds İsrail işğalından azad edilənədək müvəqqəti olaraq Səudiyyə Ərəbistanın Ciddə şəhərində yerləşir.