Arxiv
Faydalı linklər
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası
"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal
AMEA - Azərbaycan Milli Elmlər Akademiyası
AMEA İqtisadiyyat İnstitutu
Azərbaycan Dövlət İqtisad Universiteti
Azərbaycan Milli Kitabxanası
Azərbaycan kommersiya bankları haqqında informasiya portalı
İqtisadiyyat qəzeti
Lüğət
(latınca - investment - geyindirmək) real məhsuldar aktivlərin artırılması prosesi, pulların daha böyük pullar əldə edilməsi məqsədi ilə istifadəsidir. İnvestisiyalar müxtəlif təsnifatlandırmalara məruz qalırlar. Ümumi kontekstdə investisiyalar müasir iqtisadiyyatın ayrılmaz tərkib hissəsi olaraq gəlir əldə etmək məqsədilə iqtisadiyyata uzunmüddətli kapital qoyuluşlarını xarakterizə edir. İnvestisiyalaşma obyeklər üzrə real (real kapitalın müxtəlif formalarda birbaşa alışı), maliyyə (kapitalın maliyyə aktivləri vasitəsi ilə dolayısı alışı) və spekulyativ investisiyalara (kapitalın müstəsna olaraq mümkün qiymət dəyişikləri naminə alınması) təsnifatlandırılır. İnvestisyalaşmanın əsas məqsədləri baxımından birbaşa, portfel, real, qeyri-maliyyə, intelektual investisiyalara, müddətlilik baxımdan isə qısamüddətli, ortamüddətli və uzunmüddətli investisiyalarra bölünür. Bundan başqa investisiyar mülkiyyət formasına görə özıəl, dövlət, xarici və qarışıq, uşot dəyərləndirilməsi formasına görə isə ümumi və xalis investisiyslara da təsnifatlandırılırlar. Növ təsnifatı baxımından investisiyalar riskli, vençur kapitallı, müəyyən tənzimlənən vaxt kəsiyindən sonra qoyuluşlara, xüsusən də sosial istiqamətdə gəlir gətirən annuitet kateqoriyalara bölünür.İnvestisiya səmərəliliyi aparılan müvaiq siyasətdən asılıdır. Bu siyasət - investisiya siyasəti iqtisadiyyatın səmərələyindən asılı olan məhsulun ən böyük artımını və gəlirini təmin edən kapital qoyuluşunun yüksək proritet sahələrini müəyyən edir.