Arxiv
Faydalı linklər
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası
"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal
AMEA - Azərbaycan Milli Elmlər Akademiyası
AMEA İqtisadiyyat İnstitutu
Azərbaycan Dövlət İqtisad Universiteti
Azərbaycan Milli Kitabxanası
Azərbaycan kommersiya bankları haqqında informasiya portalı
İqtisadiyyat qəzeti
Lüğət
yoxsulluq vəziyyəti iqtisadiyyatlarını dağıdan və pozan, daimi daxili və ya xarici müharibələr nəticəsində daha da müflisləşən yoxsul ölkələr qrupu. Asiyada və Latın Amerikasında uzun illər ərzində rəsmi hökumətlə müharibə aparan hərbi müxalifətin olması, lokal hərbi əməliyyatlarla müşayiət edilən dövlət çevrilişləri, sərhəd münaqişələri hələ də nadir hallar deyildir. Lakin belə dağıdıcı amillər məhdud xarakterli olub, iqtisadiyyatın tam deqradasiyasına gətirmir. Afrikada isə, fərqli olaraq, hərbi münaqişələrin milli təsərrüfata dağıdıcı təsirinin tamamilə başqa səviyyəsi müşahidə edilir. Problem ondan ibarətdir ki, Afrikanın siyasi həyatı üçün traybalizm kimi hal, yəni siyasi və ictimai həyatda tayfa düşüncəsinin hökmranlığı xarakterikdir. Traybalizmin xüsusilə dərin kök saldığı yerlər, məsələn, Ruandada və ya müxtəlif siyasi partiyaların müxtəlif tayfa və tayfa ittifaqları tərəfindən dəstək aldığı yerlərdə, məsələn, Anqolada və ya yeganə qeyri-Afrika intiharçı ölkəsi olan Əfqanıstanda bütün dövlət və hərbi maşın siyasi xadimlər tərəfindən, ilk növbədə, öz tayfasının maraqları naminə istifadə olunur. Ordu, polis və məmurlar korpusu məhz tayfa üzvlərindən və ya tayfa ittifaqından formalaşır, dövlətdə ən mühüm vəzifələrə isə onun başçısı ilə qohumluq və ya dostluq əlaqələrində olanlar təyin edilir.