Arxiv
Faydalı linklər
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası
"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal
AMEA - Azərbaycan Milli Elmlər Akademiyası
AMEA İqtisadiyyat İnstitutu
Azərbaycan Dövlət İqtisad Universiteti
Azərbaycan Milli Kitabxanası
Azərbaycan kommersiya bankları haqqında informasiya portalı
İqtisadiyyat qəzeti
Lüğət
(yunanca - oikonomike - ev təsərrüfatının idarə olunması sənəti) iqtisadiyyat elminin məzmun alması prosesi Avropa müstəvisində orta əsrlərdən start götürür. İngilis Ulyam Petti (1623-1687) siyasi statistikanın yaradıcısı, “iqtisadiyyatın Kolumbu” adlanıdırılır. İlkin kapital yığımının qanunauyğunluqlarını öyrənən iqtisadi təlim - italyancadan sətri tərcüməsi “tacir” anlamı verən “merkantilizm” iqtisadi münasibətlərin dövlət tənzimlənməsi tərəfdarlığından çıxış edir. Məhdudiyyətlərlə müşayiət olunan merkantilizmə Fransada daha çox riayət olunmuşdur. İqtisadi nəzəriyyənin genoloji şəcərəsi öz kökünü digər istiqamətdə Fransua Kenenin (1694-1774) simasında fiziokratlar adlanan fransız iqtisadçılarının yeni iqtisadi məktəbinin yaranması ilə tapır. F.Kene ilk makroiqtisadi modelin yaradıcısı kimi, fiziokratlar və merkantilistlərdən fərqli olaraq özünü iqtisadçı adlandıran ilk alim olaraq iqtisadi tədqiqatı tədavül sferasından istehsala gətirərək kapitalist istehsal sisteminin elmi təhlilinin əsasını yaratmışdır. Hər iki mərhələdən bəhrələnən şotland Adam Smit (1723-1790) iqtisad elmində inqilab edərək, klassik siyasi iqtisadın təməlini qoymuşdur. David Rikardo (1772-1823) və Tomas Maltusun (1766-1834) simasında şəcərə sağ və sol qollara ayrılmışdır. Rikardo təlimi sonradan həm marksist, həm də neoklassik nəzəriyyənin təməlində dayanmışdır. Maltusdan isə Kenenin nəzəriyyəsi qidalanmışdır. Bu şəcərədə müasir iqtisadi nəzəriyyə sosialist iqtisadiyyatı və keçid iqtisadiyyatı əlaqəsində yenidən yaxınlıq əldə etmişdir.