gototop gototop
Azərbaycanca Русский English
Arxiv
Faydalı linklər

http://www.preslib.az/

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası


http://www.vergijurnali.az/

"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal


http://www.science.gov.az/

AMEA - Azərbaycan Milli Elmlər Akademiyası


http://www.elm.az/az/economy/

AMEA İqtisadiyyat İnstitutu


http://www.aseu.az/

Azərbaycan Dövlət İqtisad Universiteti


http://www.anl.az/

Azərbaycan Milli Kitabxanası


http://banker.az/az/

Azərbaycan kommersiya bankları haqqında informasiya portalı


http://iqtisadiyyat.com/

İqtisadiyyat qəzeti


Lüğət

İQTİSADİ ƏMƏKDAŞLIQ VƏ İNKİŞAF TƏŞKİLATI, İƏİT

(ingiliscə - Organisation for Economic Co-operation and Development, OECD - İqtisadi əməkdaşlıq və inkişaf təşkilatı, İƏİT) demokratiya və azad bazar iqtisadiyyatı prinsiplərini tanıyan inkişaf etmiş ölkələrin mötəbər beynəlxalq iqtisadi təşkilatı. 1961-ci ildə təsis edilmişdir. Təşkilat 34 üzv ölkəni - ABŞ, Almaniya, Avstraliya, Avstriya, Belçika, Böyük Britaniya, Cənubi Koreya, Çexiya, Türkiyə, Danimarka, Finlandiya, Fransa, İrlandiya, İslandiya, İspaniya, İsveçrə, İsveç, İtaliya, İsrail, Kanada, Lüksemburq, Macarıstan, Meksika, Niderland, Norveç, Polşa, Portuqaliya, Slovakiya, Sloveniya, Yaponiya, Yeni Zelandiya, Yunanıstan, Çili və Estoniyanı birləşdiirir. İƏİT 1948-ci ildə II Dünya müharibəsindən sonra Qərbi Avropa iqtisadiyyatının bərpası üzrə “Marşall planı”nın həyata keçirilməsi üçün yaradılmış Avropa İqtisadi Əməkdaşlıq Təşkilatının davamçısıdır. İƏİT-in fəaliyyətinin məqsədi üzv ölkələrin sosial-iqtisadi inkişafına, daha effektiv iqtisadi siyasət hazırlanmasına kömək etməkdır. Bu məqsədlərə nail olunması üzv ölkələrin makroiqtisadi siyasətinin çoxtərəfli koordinasiyası əsasında qurulur. Burada bütün qərarlar konsensus əsasında qəbul edilir. Mənzil-qərargahı Fransanın paytaxtı Paris şəhərindədir.