gototop gototop

Список научных трудов / БИЗНЕС ТУРИЗМ В АЗЕРБАЙДЖАНЕ: ТЕНДЕНЦИИ РАЗВИТИЕ И ПЕРСПЕКТИВЫ

27.08.2011

i.e.d. E.M.Hacızadə

 

AZƏRBAYCANDA TURIZM BIZNESI: INKIŞAF MEYİLLƏRI VƏ PERSPEKTIVLƏR

Azərbaycanda turizmə iqtisadi inkişafın prioritet sahələrindən biri kimi yanaşılır. Bunu ölkədə turizm haqqında əlahiddə qanunun və koordinasiyanı reallaşdıran mərkəzi icraiyyə qurumunun mövcudluğu, müvafiq istiqamətdə büdcə təyinatları, sahibkarlığın stimullaşdırılması, elmi, ictimai və xüsusi nəşrlər, sahənin struktur genişliyini və inkişafını təcəssüm etdirən diğər özəl komponentlər əsaslandırır. Bununla belə, Azərbaycanın sosial-iqtisadi həyatının bütün sahələrində olduğu kimi, turizm istiqamətində də inkişaf prosesləri güclənir və bu artan meyillər ölkəmizin turizm potensialının biznes cəlbediciliyi kontekstində marketinq tədqiqatlı strateji planlaşdırılmasını obyektiv zərurətə çevirir.

Müasir iqtisadi alətlər sistemində istənilən marketinq tədqiqatının əsas bazası güclü və zəif tərəfləri, imkanlar və təhlükələri komplektləşdirən SWOT analiz metodu ilə müəyyən olunur. Bu baxımdan tərəfimizdən aparılan SWOT analiz, Azərbaycanda 2007-2012-ci illəri əhatə edən turizmin inkişafının marketinq strategiyasının formalaşmasında aşağıdakı təyinatları şərtləndirir:

 

Azərbaycanda turizmin inkişafının 2007-2012-ci illərdə marketinq strategiyası

 

S                 Güclü tərəflər (üstünlüklər)

Zəif tərəflət (çatışmamazlıqlar)           W

Geniş turizm potensiallı coğrafi məkan.

Brend keyfiyyətlər məhdudluğu

Siyasi stabillik, adekvat sosial ovqat

Sahəvi biznesin tam liberallaşmaması

Təkmilləşən normativ-hüquqi baza

İmicin yetərli olmaması

Modernləşən infrastruktur

Məhdud rəqabətqabiliyyətli infrastruktur

O                     İmkanlar (perspektivlər)

Risklər (təhlükə)                                     T

Mədəni-tanınma

Əsas rəqiblər: Qara dəniz, Antaliya

Dəniz və çay kruizləri

Münaqişəli vəziyyəti

Rekreasion turizm

 

Ekoloji turizm

 

İntellektual turizm

 

Aktiv təbiət turizmi (soft və ekstrim)

 

 

 

SWOT təqdimatı göstərir ki, güclü tərəflərlə zəif tərəflər arasında münasibət kəskin xarakterli deyildir. Proqnozlaşdırılan müddət ərzində zəif tərəflərin neytrallaşması imkanları geniş, güclü tərəflərin daha da möhkəmləndirilməsi perspektivləri aydın və yetərlidir. Bunu daxili və xarici siyasətdə təyinatlılıq və ardıcıllıq, iqtisadiyyatın bazar prinsipləri, sahəvi dövlət inkişaf proqramları ilə irəliləyişi və tənzimlənməsi əsaslandırır.

Növbəti mərhələdə inkanlar və risklərin qarşılıqlı vəziyyəti, güclü və zəif tərəflərin imkanlar və risklərə münasibəti təhlil obyektinə çevrilir. Bu konfiqurasiyada rəqiblər amili biznes yarışının intensiv olmadığına rəğmən təsir gücünü azaldır. Lakin risk faktoru kimi Ermənistanla bağlı münaqişəli vəziyyətin biznesin mühitinə birbaşa və dolayısı təsiri qalmaqdadır. Dünya təcrübəsi göstərir ki, üzunmüddətli münağişəli vəziyyətlərlə üz-üzə qalan dövlərlərdə aparılan davamlı, qətiyyətli sülh siyasəti biznes fəaliyyətinin bütün istiqamətlərində, o cümlədən turizm sahəsində də irəliləyişlərlə müşayiət olunur.

Apardığımız SWOT analizin nəticələri göstərir ki, Azərbaycanda bu istiqamətdə risklərin olmasına baxmıyaraq, burada turizm üçün mühit faktorları, fəaliyyət resursları kafi və inkişafı təmin edən potensialdadır. Artıma nail olmaq üçün isə sahəvi normativ-hüquqi bazanın təkmilləşdirilməsi işi universal standartları uyğun səviyyəyə qaldırılmalı, turizmin inkişaf strategiyasının elmi əsasları və informasiya təminatı gücləndirilməsi, investisiyaların cəlb olunmasının mühit əlverişliliyi artırmalı, bölgələrdə «Turist ev»ləri, şəxsi hotellərin inşası və aqroturizm sferasının genişləndirilməsi fəaliyyətləti dəstəklənməli, yoların çəkilişi, regional aeroportların tikintisi intensivləşdirilməli, umumilikdə turizm infrastrukturunun mobilləşməsi prosesi hərtərəfli sürətləndirilməlidir. Regional turizmin inkişafında bələdiyyə islahatlarının dərinləşməsi də mühüm rol oynayacaqdır. Turizm biznesinə artan diqqət onların vergi bazasını genişləndirəcək, məşğuluq təminatını artıracaqdır.

Turizm biznesinin «Kolumbu» sayılan ingilis Tomas Kuk 1841-ci ildə ilk dəfə turizm agentliyi yaradanda inanırdı ki, turizm pis adətlərə qarşı mübarizədə effektli mexanizm rolunu alacaqdır. Bu təsisatdan sonra bir sıra fərasətli insanlar tez anladılar ki, onların yaşadığı ərazılərdə diqqətəlayiq baxmalı yerlər olmasa da, onu fikirləşmək, cəlbedici, xatiratlı şərait və mühit yaratmaq mümkündür. Azərbaycanda isə turizm biznesinin inkişaf meyilləri və perspektivlərini təhlil edərkən görürük ki, burada fikirləşməyə, turizm resursları yaratmağa virtual səylər gərəkli deyil. Burada turizm biznesini inkişaf etdirmək üçün bütün istiqamətlərdə zəmin və yetərli potensial mövcuddur.

 

119.Бизнес туризм в Азербайджане: тенденции развитие и перспективы. Роль туризма в экономики стран Исламской Конференции. Министерства Культуры и Туризма Азербайджана. Международная научно-практическая конференция. (Электрон), Баку. 2007. 0,1 п.л.