gototop gototop

Список научных трудов / ТРАНЦПОРТНЫЙ КОРИДОР ЮГ-СЕВЕР: ТЕНДЕНЦИИ РАЗВИТИЯ И ПЕРСПЕКТИВЫ

28.08.2011

MHM, E.M.Hacızadə, A.F Hacızadə

 

CƏNUB-ŞIMAL NƏQLIYYAT DƏHLIZI:

INKIŞAF MEYİLLƏRI VƏ PERSPEKTIVLƏR

 

Azərbaycan özünün coğrafi mövqeyinə görə iki nəhəng nəqliyyat dəhlizinin kəsişdiyi məkanda yerləşir. Bu nəqliyyat xətlərinin tam miqyaslı işə düşməsi Azərbaycanın müstəqilliyinin gücləndirilməsində, iqtisadi qüdrətinin artırılmasında mühüm əhəmiyyət kəsb edəcəkdir. Azərbaycandan keçən Sərq-Qərb dəhlizi - TRASEKA Avropa ilə Asiyanı birləşdirən ən kiçik marşrut hesab olunur. Artıq reallaşmaqda olan bu marşrut ilə hər il millyonlarla ton yük daşınacaqdır. Gələcəkdə isə onun rolu sərnişin daşınmalarında da artacaqdır. Bununla belə, Azərbaycan üçün onun ərazisindən keçəcək digər bir qlobal nəqliyyat xətti - Cənub-Simal dəhlizi də mühüm əhəmiyyət kəsb edir. Bu marşrut İran və Rüsiya ərazisindən keçməklə Yaxın Şərqdən və Cənub-Şərqi Asiyadan Avropaya daşınan yükdaşımaların sürətini bir neçə dəfə artıracaqdır. O, Suveyş kanalı vasitəsi ilə Hindistandan Avropaya üzanan nəqliyyat xəttindən 3 dəfə qısadır. Dəmir yolu, su nəqliyyatı və avtomobil xətlərini ehtiva edən bu nəqliyyat marşrutunun işə düşəcəyi təqdirdə planetin Cənubundan Avropaya hər il orta hesabla 15-20 milyon ton yükün daşınacağı gözlənilir. Bu dəhlizin açılısı Fars Körfəzi ərəb ölkələrinin Avropa ilə əlaqəsində nəqliyyat alternatvini təmin edərək zəvvarların İslamın müqəddəs yerlərinə, xüsusən də Məkkə və Mədinə şəhərlərinə səyahəti üçün əhəmiyyətli olacaq, ənənəvi marşrutlardan istifadə intensivliyini mülayimləşdirəcəkdir.

Cənub-Simal dəhlizinin açılışında Rusiya daha çox maraq nümayiş etdirir və onu reallaşmasını özünün nəqliyyat strategiyasının əsas prioritetiləri sırasına qoyur. Bu məqsədlə Rusiya Azərbaycanın Astara şəhəri ilə İranın Ənzəli və Rəşt şəhərlərini birləşdirən 300 kilometrlik dəmir yolu xəttinin çəkilişində konsorsium yaraqtmaq niyyətindədir. İlkin olaraq bu layihə 600 miyon dollar civarında dəyərləndirilir. Rusiya bu xəttin sosial-iqtisadi əhəmiyyəti ilə yanaşı onun ölkələrarası qarşılıqlı etimadını artıracağı istiqamətində də əlverişli siyasi dividendlər gətirəcəyinə ümid bəsləyir. Bu baxımdan mühüm tranzit məkana çevrilmiş Azərbaycanın layihədə əsas fiqurantlardan biri kimi hərtərəfli iştirakı və onun reallaşmasında dəstəyi siyasi, sosial və iqtisadı cəhətdən geniş mənfəətli olacaqdır.

Aparılan araşdırmalara görə Azərbaycanın bu layihənin reallaşmasındakı dividendləri aşagıdakıları əhatə edəcəkdir:

m     nəqliyyat sisteminin qlobal əhəmiyyətliliyinin artırılması və modernizasiyası;

m     İslamın müqəddəs yerlərinə ziyarətin alternatıv marşrutlarından biri kimi nəqliyyat infrastrukturunun mobilləşməsi;

m     turizm imkanlarının artırılması və əlverişliliyinin təminatı;

m     qonşu dövlətlərlə qarşlıqlı etimadın yüksəlişi;

m     iqtisadi və sosial keyfiyyət.

 

 

118.Транцпортный коридор Юг-Север: тенденции развития и перспективы. Научно-практическая конференция, посвящённая научно-исследовательским работам бюджетного назначения 2005-2006 гг. Азербайджанский Государственный Экономический Университет. (Соавтор -А.Ф.Гаджизаде) АГЭУ. Баку. 2007. 0,1 п.л.