gototop gototop

Словарь

ƏSRİN MÜQAVİLƏSİ

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən aparılan siyasət sayəsində 20 sentyabr 1994-cü ildə «Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” və “Günəşli” (dərin hissəsi) yataqlarının işlənməsi və hasilatın pay bölgüsü» üzrə imzalanmış birinci beynəlxalq neft sazişi (kontraktı). Şaziş həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxil olmuş və sonradan «Əsrin müqaviləsi» adı ilə tanınmışdır. «Əsrin müqaviləsi» Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilərək 12 dekabr 1994-cü ildə qüvvəyə minmişdir. Proqnozlaşdırılmış investisiyalar 11,5-20 milyard ABŞ dolları, ilkin proqnozlaşdırılan ehtiyatlar 560 milyon ton, son proqnoz 1 milyard ton neftə bərabərdir. «Əsrin müqaviləsi» Azərbaycan respublikasının miili neft strategiyasının əsas təməl stunlarından hesab edilir. Onun tərəfdaşlarını dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti (Amoko, BP, MakDermott, Yunokal, ARDNŞ, LUKoyl, Statoyl, Ekson, Türkiyə Petrolları, Penzoyl, İtoçu, Remko, Delta) təmsil edir. Pay bölgüsü: Lukoyl - 10%, Statoyl - 8,5633%, İtochi - 3,9205%, TPAO - 6,75%, BP/AMOKO - 34,14%, Delta-1,68%, YUNOKAL - 10,0489%, EKSSON - 8,0006%, PENZOL - 4,8175%, RAMKO - 2,0825%, ARDNŞ - 10%. “Əsrin müqaviləsi”nin həyata keçirilməsinə başlanan vaxtdan Azərbaycan iqtisadiyyatının inkişafına güclü təkan vermişdir.