gototop gototop

Словарь

EVRİKA

“EVRİKA” - (yunanca - εὕρηκα ηὕρηκα - tapdım) - Qərbi Avropa ölkələrinin əksər hissəsinin elmi tədqiqat işlərini birgə proqram əsasında həyata keçirilməsini koordinasiya edən Avropa agentliyi. Proqramın məqsədini ABŞ və Yaponiyadan texniki geriliyi aradan qaldırmaq üçün kooperasiya və yeni texnologiyalar sahəsində elmi əlaqə və mübadilənin tənzimlənməsi təşkil edir.