gototop gototop

Словарь

EKONOMİKS

(ingiliscə - economics - «iqtisadi nəzəriyyə», «iqtisadiyyat») - iqtisad elminin iqtisadi proseslərin nəzəri əsaslarını öyrənən bir hissəsi, iqtisadi nəzəriyyə. «Ekonomiks» termini geniş dövriyyəyə ingilis iqtisadçısı Alfred Marşal tərifindən çıxarılmışdır. A.Marşal «Ekonomiks»ə daha çox praktiki məna verməklə, ingilis «Economy» (iqtisadiyyat) sözünə cəm «s» şəkilçisi artırmaqla (iqtisadiyyatlar) «Siyasi iqtisad» anlayışını onunla əvəzləmişdir. «Siyasi iqtisad»dan fərqli olaraq «Ekonomiks» iqtisadi inkişafın fundomental hərəkətverici qüvvələrinin öyrənilməsinə deyil, onun xarici amilləri kimi qavranılan üstpraqmatik cəhətlərinin öyrənilməsinə meyl edir.