gototop gototop

Словарь

DÜNYA VALYUTA BAZARI

(ingiliscə - world currency market - dünya valyuta bazarı) - beynəlxalq tədiyyə dövriyyəsində geniş istifadə edilən valyuta əməliyyatlarının həyata keçirildiyi regional və daxili valyuta bazarlarının qarşılıqlı hərəkətdə olduğu dünya bazarıdır. Buraya dünyanın müxtəlif regionlarında və ya beynəlxalq ticarət mərkəzlərində lokallaşmış ayrı-ayrı bazarlar daxildir. Valyuta bazarında xarici ticarət hesabları, kapitalın miqrasiyası, turizm, həmçinin valyuta risklərinin sığortalanması və intervensiya tədbirlərinin keçirilməsi ilə bağlı geniş əməliyyatlar həyata keçirilir. Dünya valyuta bazarı qlobal miqyasda beynəlxalq ticarətin və xarici valyutaların mübadiləsinin həyata keçirilən ən böyük maliyyə bazarıdır. Bu bazarda hər gün yüz milyardlarla dollar məbləğində sövdələşmələr baş verir.