gototop gototop

Словарь

DÜNYA SƏHİYYƏ TƏŞKİLATI

(ingiliscə - World Health Organization, WHO - Dünya Səhiyyə Təşkilatı, DST) - dünya əhalisinin sağlamlığı ilə əlaqədar problemlərin həllinə çalışan, səhiyyə təşkilatlarının beynəlxalq əlaqələrini təmin edən, BMT-nin İqtisadi-sosial Şurasının təşəbbüsü ilə 1948-ci ildə yaradılmış ixtisaslaşmış qurumu. DST-də hazırda 194 dövlət təmsil olunmuşdur. Nizamnaməsinə görə, təşkilatın məqsədi bütün xalqların ən yüksək sağlamlıq səviyyəsinə nail olmaqdır (sağlamlıq dedikdə tam fiziki, mənəvi və sosial rifahın məcmusu başa düşülür). DST-nin məşğul olduğu bir sıra problemlər içərisində səhiyyə xidmətinin inkişafı, xəstəliyin profilaktikası və onunla mübarizə, səhiyyə üzrə geniş kadr ehtiyatının yaradılması, ətraf mühitin sağlamlaşdırılması mühüm yer tutur.