gototop gototop

Словарь

DÜNYA XİDMƏT BAZARI

(ingilscə - world service market - dünya xidmətlər bazarı) - xidmətlər, texnologiyalar, ideya və informasiya mübadiləsi ilə bağlı dünya bazarının tərkib hissəsidir. Hazırda dünya xidmətlər bazarında istiqamətlər genişlənir. Buraya nəqliyyat, bank, sığorta, konsaltinq, elektron ticarət, lizinq və s. xidmətlər daxildir. Dünya xidmət bazarının spesifik sahəsini turizm təşkil edir. Xidmətlərin əksəriyyəti ölkə daxilində qaldığından onun dünya bazarındakı payı mütənasib dəyişmir.