gototop gototop

Словарь

DÜNYA XAMMAL BAZARI

(ingiliscə - international raw materials market - beynəlxalq xammal materialları bazarı) - emala yönəldilən faydalı qazıntıların və digər təbii resursların, həmçinin insanın təsirinə məruz qalmış əmək predmetlərinin alqı-satqısının həyata keçirildiyi beynəlxalaq bazarlar. Dünya xammal bazarı, enerjidaşıyıcıları istisna olmaqla, hasilat sənayesinin, kənd təsərrüfatının (ərzaq bazarı) məhsullarını əhatə edir.