gototop gototop

Словарь

DÜNYA BANKI

(ingiliscə - World Bank - Dünya Bankı) - beynəlxalq iqtisadi inkişaf məqsədləri üçün yaradılmış BMT-nin ixtisaslaşmış təsisatı. Dünya Bankı BMT pul-kredit və maliyyə konfransı Bretton-Vuds razılaşması nəticəsində 1944-cü ilin 1 iyulunda təsis edilmişdir. Qlobal iqtisadi inkişaf məqsədlərinə xidmət edən, maliyyə resurslarının bölgüsünü reallaşdıran ən böyük donor təşkilatlardan biri olan qurum 184 üzv ölkəni özündə birləşdirir. Dünya Bankının Prezidenti 5 il müddətə seçilir və o, ənənəyə uyğun olaraq, ən iri səhmdar ölkənin vətəndaşı olmalıdır. Dünya Bankı inkişaf etməkdə olan ölkələrə çox aşağı faiz dərəcəsi ilə və ya faizsiz uzunmüddətli kreditlər və qrantlar verir. Dünya Bankı ilk əvvəl Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı adı ilə yaranmışdır. Fəaliyyət sahəsi genişləndikdən sonra Dünya Bankı Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı - BYİB, Beynəlxalq İnkişaf Assosiasiyası - BİA-nı əhatə edir. Dünya Bankı bu iki təşkilatla yanaşı Beynəlxalq Maliyyə Korporasiyası - BMK, İnvestisiya Təminatı üzrə Çoxtərəfli Agentlik - İTÇA və İnvestisiya Mübahisələrinin Həlli üzrə Beynəlxalq Mərkəz - İMHBM də daxil olduğu təsisatda Dünya Bankı Qrupunu yaradır. Baş qərargahı ABŞ-ım paytaxtı Vaşinqton şəhərində yerləşir.