gototop gototop

Словарь

CƏNUBİ AMERİKA ÖLKƏLƏRİNİN ÜMUMİ BAZARI, MERCOSUR

(ispanca - Mercado Comu'n del Cono Sur. ingiliscə - Southern Common Market - Cənubi Amerika ölkələrinin ümumi bazarı) Argentina, Braziliya, Uruqvay, Paraqvay və Venusuelanın daxil olduqları regional ümumi bazar. Latın Amerikasının daha beş dövləti isə bu təşkilatın assosiativ üzvüdür. 1991-ci ildə təsis edilmişdir. Mənzil qərargahı Uruqvayın paytaxtı Montevideo şəhərində yerləşir.