gototop gototop

Словарь

BÖYÜK DEPRESSİYA

(ingiliscə - Great Depression - Böyük Depressiya) - 1929-cu ilin 24 oktyabrında Nyu-York fond birjasında səhmlərin kəskin aşağı düşməsi hadisəsi ilə başlamış və 1939-cu ilə kimi davam etmiş dünya iqtisadi böhranı. Daha kəskin olaraq 1929-cu ildən 1933-cü ilə qədərki dövrü əhatə edir. Böhrandan daha çox sənaye şəhərləri ziyan çəkmiş, ABŞ-da sənaye istehsalı 46%, Almaniyada 41%, Fransada 32%, Böyük Britaniyada 24% aşağı düşmüşdür. Bundan başqa, bir sıra ölkələrdə tikinti tamamilə dayanmış, tələbin ödəniş qabiliyyətinin məhdudlaşması ilə əlaqədar kənd təsərrüfatı məhsullarının qiyməti yarıya qədər azalmışdır. Böhran nəticəsində 32 inkişaf etmiş ölkədə işsizlərin ümumi sayı 30 milyona qalxmışdır.