gototop gototop

Словарь

BEYNƏLXALQ İNKİŞAF ASSOSİASİYASI, BİA

(ingiliscə - International Development Association, IDA - Beynəlxalq İnkişaf Assosiasiyası, BİA) - Dünya Bankı qrupuna daxil olan beynəlxalaq kredit təşkilatı. 1960-cı ildə yaradılmışdır. BİA daha az inkişaf etmiş Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı - BYİB üzv ölkələrinə, yalnız inzibati xərclərin örtülməsi üçün 3-4% komissiya çıxmaqla, 35-40 il müddətinə faizsiz güzəştli kreditlər verir. Bu kreditlərin məqsədi inkişaf etmiş ölkələrdən yoxsul ölkələrə malların ixracını həvəsləndirməkdir. BİA fəaliyyətinin spesifikası BYİB ilə fəaliyyətin koordinasiyası və layihələrin müştərək kreditləşməsidir və onun strukturu BYİB-nin strukturunun analoqudur. BYİB-in prezidenti eyni zamanda BİA-nın da prezidentidir.