gototop gototop

Словарь

BEYNƏLXALQ ƏMƏK TƏŞKILATI, BƏT

(ingiliscə - International Labour Organization, ILO - Beynəlxalq Əmək Təşkilatı, BƏT) - əmək münasibətlərini tənzim edən BMT-nin ixtisaslaşmış qurumu. 1919-cu ildə Versal sülh müqaviləsinə əsasən Millətlər Liqası çərçivəsində, əmək qanunvericiliyi və əmək şəraitinin yaxşılaşdırılması məsələləri üzrə konvensiyaların və tövsiyələrin işlənib hazırlanması üçün Beynəlxalq komissiya kimi yaradılmışdır. Hazırda 185 dövlət BƏT-in iştirakçısıdır. Məznil-qərargahı İsveçrənin Cenevrə şəhərində yerləşir. Azərbaycan Respublikası 12 may 1992-ci ildə bu təşkilata üzv olmuş, onun 57 Konvensiyasına qoşularaq burada təsbit olunmuş prinsip və normaları qəbul etmişdir.