gototop gototop

Словарь

TRİGENERASİYA

(ingiliscə - trigeneration, CCHP - birləşdirilmiş soyutma, istilik və güc) elektrik, istilik və soyuqun birgə istehsalı prosesi. Triqenerasiya kogenerasiya ilə müqayisədə daha əlverişlidir, belə ki, o, yalnız qışda istilik üçün deyil, həm də yayda otaqların kondisionerləşdirilməsi və ya texnoloji ehtiyaclar üçün səmərəli istifadəyə imkan yaradır. Bu məqsədlər üçün absorbsiya bromistolitik soyuducu qurğulardan istifadə olunur. Belə yanaşma generasiya qurğusundan bütün il boyu istifadə etməyə imkan verir, bununla da, istehsal olunan istiliyə ehtiyacın azaldığı yay dövründə yüksək enerji qurğusunun səmərəliliyini aşağı düşmür.