gototop gototop

Словарь

SEMANTIKA

(yunanca - σημαντικός, semantikós - işarələyən, sema - işarə) dil vahidinin məna mahiyyətini öyrənən linqivistikanın - dilçiliyin bölməsi. Tədqiqat vasitəsi kimi semantik təhlildən istifadə edilir. Semantika dil ifadələri ilə real və ya xəyali dünya arasındakı əlaqənin təhlilinə əsaslanır. Semantika insanın hər hansı bir təbii dilin sözlərini və qrammatik qaydalarını bilərək, onların köməyi ilə dünya haqqında (öz daxili dünyası da daxil olmaqla) müxtəlif məlumatları necə çatdıra biləcəyi sualına cavab verir. Semantikanı öyrənən elm adamları semasioloqlar adlandırılır.