gototop gototop

Словарь

METROLOGİYA

(yunanca - μέτρον - ölçü və λόγος - təlim, elm) ölçmələr, metodlar, onların vəhdətinin təmin edən vasitələr və tələb olunan dəqiqliyə nail olma üsulları haqqında elm. Predmeti verilmiş dəqiqlik və dürüstlüklə obyektlərin xüsusiyyətləri haqqında kəmiyyət informasiyasının çıxarılması təşkil edir. Bunun üçün normativ baza metroloji standartlardır. Ümumi nəzəri problemləri tədqiq edən nəzəri və ya fundamental, praktiki məsələləri öyrənən tətbiqi və fiziki kəmiyyət vahidlərinin, metodlarının və ölçü vasitələrinin tətbiqinə dair məcburi texniki və hüquqi tələbləri müəyyən edən qanunvericilik bölmələrindən ibarətdir. Məqsəd və vəzifələrini - ölçmələrin ümumi nəzəriyyəsinin etalonların və ölçmənin nümünəvi vasitələrinin yaradılması; fiziki kəmiyyət və sistem vahidlərinin formalaşması; ölçmə üsul və vasitələrinin, standartlaşdırma metodlarının işlənməsi. Metrologiya istənilən ölçmənin müqayisəsi var; aprior məlumat olmadan hər hansı bir ölçü mümkün deyil; dəyərini yuvarlaqlaşdırmadan istənilən ölçmənin nəticəsi təsadüfi bir miqdardır kimi aksiomları var.