gototop gototop

Словарь

QURU BUZ

(ingiliscə - dry ice - quru buz) karbon dioksi - CO2-nin aşağı təzyiqdə sublimasiya temperaturunda -78,5 ºC-də mayeləşmədən birbaşa bərk hala keçərək yaratdığı qaraoxşar (buza) ağ rəngli kütlə. Zəhərli deyil. Texniki quru buz 1561 kg/m3 sıxlığa malikdir, yanğın zamanı təxminən 140 kkal/kq istilik əmələ gətirir. Karbon dioksid qurğularında istehsal olunur. Əsasən soyuducu qismində, qida məhsullarının (xususən də dondurmanın) daşınması və saxlanması zamanı ucuz və yığcam mənbə kimi istifadə olunur. Məhsulların və laboratoriya nümunələrinin şok buzlaşdırılması, içkilərin qazlaşdırılması, dondurmanın hazırlanması, buz heykəllərinin əriməsinin qarşısının alınması və s. üçün istifadə olunur. Bir neçə saniyə ərzində dərinin, udulduqda isə həzm yollarının ciddi zədələnməsinə səbəb olur. Quru buz, xüsusilə su ilə təmasda olduqda aktivdir və qapalı binalarda ölümcül təhlükə yarada bilər.