gototop gototop

Словарь

İP ÜNVAN

(ingiliscə - Internet Protocol Address - İnternet Protokol Ünvanı) qlobal və ya lokal şəbəkədə kompüterin tanınması (identifikasiya etmək) üçün nəzərdə tutulmuş unikal ünvan. İnternetdə hər bir cihaza onu digərləri ilə üst-üstə düşməməsi üçün IP (aypi) ünvanı verilir. Belə ünvanının daimi olması mütləq deyildir. Dinamik IP istifadə edildikdə, kompüteri yenidən başlatdıqda və şəbəkəyə yeni qoşulduqda cihaz yeni bir ünvan alacaq. Telefon vasitəsi ilə internetə daxil olan istifadəçilərin IP ünvanları əksərən dinamikdir. Servis provayder daxil olma zamanı boş IP ünvanı internetə qoşulan, girən kompüterə verir və bu zaman IP ünvanların bir hissəsi dəyişir. Statik IP ünvanlı kompüterlərin IP-ünvanları dəyişmir. Server olan kompüterlər üçün statik IP tövsiyə edilir. IP ünvanı nöqtə ilə ayrılmış dörd ədədin birləşməsi kimi görünür və dörd bayt uzunluğu var. İlk iki bayt cihazın aid olduğu şəbəkənin ünvanını, üçüncü bayt alt şəbəkəni, dördüncü isə göstərilən alt şəbəkədəki müəyyən şəxsi kompüterin ünvanını xarakterizə edir. IP ünvanı qeydlərində nöqtələr ilə ayrılmış 0-dan 255-ə qədər ədədlər ola bilər.