gototop gototop

Словарь

İDENTİFİKATOR, ID

(ingiliscə - data name, identifier - məlumat adı, tanıyan, müəyyənedici, eyniləşdirici) obyektləri digərlərindən fərqləndirmək (identifikasiya etmək) üçün istifadə edilən unikal xüsusiyyət, fərdi nömrə. Cihazı (kompiyuteri) tanımağa imkan verən belə parametr hər bir kompüterdə var. Həmçinin ID (aydi) kompüterdə müəyyən proqram təminatını aktivləşdirmək, onu həmin kompüterə bağlayaraq digərlərindən ayırmaq (onlara girişi bloklamaq) üçün də tətbiq olunur. Bununla belə ID şəbəkədə olan kompüterin adı deyil. Bu nömrə şəxsi kompüterdə internetə qoşulmaq üçün istifadə edilən şəbəkə kartının fiziki ünvanıdır.